Mixail Saakaşvili, “Qoz mafiyası”na görə Kiyev, Rayon Prokurorluğuna çağırılıb.
AranNews- bu barədə dövlət orqanının saytında informasiya verilib.
“Kiyev Rayon Prokurorluğu Odessa vilayəti dövlət administrasiyasının sədri Saakaşviliyə Kiyev gömrüyündə yüksək vəzifəli rüşvətxor məmurlar barədə verilən məlumat üçün minnətdarlığını bildirir”, – deyə məlumatda qeyd olunub.
Prokurorluğun məlumatına görə, fırıldaqçılar manipulyasiya yolu ilə Ukrayna gömrüyündə malları rəsmiləşdirərək böyük mənfəət əldə edirlər. “Qoz mafiyası” adlanan başqa bir qrup da var.
Mafiyaçılarla bağlı Odessanın qubernatoru yanvarın 18-də Xarkovda keçirilən antikorrupsiya forumunda çıxış edərkən danışmışdı. Onun sözlərinə görə, “Qoz mafiyası” adlandırılan və diller firmaların əsasında qurulan sistem var ki, onlar vətəndaşlardan qozu alıb xaricə çıxarır.
Saakaşvili bildirib ki, “qoz yetişdirən heç bir nənə onu xaricə aparmaq üçün düzgün sənəd hazırlaya bilməz, buna görə də məhsulu vasitəçilərə satmaq məcburiyyətində qalır”.
Mixail Saakaşvili həmçinin bu sistemin baş havadarları barədə də danışıb.
“Hər il deputatlardan, təhlükəsizlik xidməti əməkdaşlarından, prokurorlardan ibarət qrup yaradılır və danışırlar: “Qoz konteyneri çıxarmaq istəyirsiniz?” – deyə Odessa qubernatoru vurğulayıb.
Saakaşvilinin verdiyi informasiyaya əsasən, məhsulun keyfiyyətinə görə hər konteynerdən 12-20 min dollar arası mənfəət götürülür. Dövlətə isə bundan heç nə düşmür.
“Artıq gömrüyə ciddi nəzarət edəcəyik. Qozun yalnız qanuni yolla gömrükdən çıxarılmasına icazə verəcəyik, qoy büdcəyə də ödəsinlər”, – deyə Saakaşvili bildirib.
Yanvarın 13-də prokurorluq Mixail Saakaşvilinin administrasiyasında axtarış aparıb. Nəzarət orqanı xidməti vəzifəsindən sui-istifadə yolu ilə mənimsəmə, qeyri-qanuni yolla əldə edilmiş gəlirlərin leqallaşdırılması, həmçinin büdcə vəsaitindən sui-istifadə üzrə cinayət işini araşdırıb.
2015-ci ilin dekabrın 9-da Saakaşvili tərəfdarlarını antiterror əməliyyatında iştirak etmiş hərbçilərin reabilitasiyası üçün təşkil edilən xeyriyyə fondunun gəlirlərini mənimsəməkdə günahlandırmışdılar.
Gürcüstanın eks prezidenti Mixail Saakaşvili Ukraynanın Odessa şəhərinin qubernatoru təyin olunduqdan sonra daim korrupsiya və özbaşınalığa qarşı sərt qaydalar tətbiq edir. O, rüşvətxor idarə, təşkilat və hüquq-mühafizə orqanları əməkdaşlarını vəzifəsindən azad edib. Saakaşvilinin əmri ilə dəniz qırağında yerləşən Kiyev oliqarxlarına məxsus hasarlanmış ərazilər sökülüb.
Ötən ilin dekabrında Mixail Saakaşvili Ukraynanın daxili işlər naziri Arsen Avakovu da korrupsiyada ittiham etmiş, nazir onu məhkəməyə vermişdi. Ondan əvvəl isə Milli İslahatlar Şurasının toplantısında bu iki siyasətçi arasında insident baş vermişdi. Avakov Saakaşvilinin ittihamlarına cavabında bir stəkan suyu onun üzünə atmışdı.