Tarix : 2016 Jan 21
Kod 47639

Suriya ordusu terror qruplaşmalarının bazalarını məhv edib

Suriya ordusu ölkənin şimalında İŞİD və əl-Nüsrə Cəbhəsi terror qruplaşmalarının bazalarını məhv edib.
ARANNEWS- Suriya ordusu Homsun ətrafında İŞİD və əl-Nüsrə terror qruplaşmalarının bazlarını məhv edib.
Suriya ordusu təyyarələri Məhin şəhərciyinin şərqində və Homs şəhərinin ətrafındakı kəndlərdə İŞİD terrorçularının yerləşdiyi məkanları müəyyənləşdirərək məhv ediblər.
Məlumata görə, Suriya ordusunun Deyruz-Zur şəhərinin qərbində İŞİD terrorçularının mərkəzinə qarşı hücumları davam edir.
Həmçinin bildirildiyinə görə, Suriya qüvvələri Deyru-Zur şəhərinin qərb hissəsində əl-Bəğiliyyə kəndinə nəzarəti ələ keçiriblər.
Suriya qüvvələri İŞİD terror qruplaşması tərəfindən minalanmış bu məntəqəni təmizləyiblər.
Suriya qüvvələri Həma və İdlibdə terrorçuların bazalarına ağır artilleriya ilə hücum edib. Nəticədə bir qrup terrorçu öldürülüb.

  • Yazılıb
  • da (də) 2016 Jan 21
  • Göndərən مدير سايت Aran News