Azərbaycanlı hakerləri bu münasibətlə Ermənistanın bütün səfirliklərinin rəsmi saytlarını, beynəlxalq təşkilatlarını, eləcə də Ermənistan Xarici İşlər Nazirliyinin rəsmi saytını dağıdıb.
AranNews- "Anti-armenia Team"dan verilən məlumata görə, "Anti-armenia Team" adlı Azərbaycanlı hakerlərdən ibarət qrup bu münasibətlə Ermənistanın bütün səfirliklərinin rəsmi saytlarını, beynəlxalq təşkilatlarını, eləcə də Ermənistan Xarici İşlər Nazirliyinin rəsmi saytını dağıdıb. Dağıdılan saytlardan 41-i Səfirliyə, 6-ı Beynəlxalq təşkilatlara aid olmaqla 47 sayt sıradan çıxarılıb. Dağıdılan saytlarda 20 yanvarla bağlı video və fotolar yerləşdirilib.
Qeyd edək ki, 2014-cü il iyulun 26-da "Anti-armenia Team"-in xakerləri Ermənistan prezidentinin və bu ölkənin bir çox mühüm nazirliklərinin saytlarını dağıdaraq sıradan çıxarıb. Erməni ekspertlər də öz müsahibələrində dəfələrlə "Anti-armenia Team"-in hakerlərinin Ermənistana milli səviyyədə problem yaratdığını etiraf edərək, həmin qrupla mübarizə etmək üçün kifayət qədər intellektual resusrsa malik olmadıqlarını dilə gətiriblər.