Ali-Səud hərbçiləri şiə sakinli məntəqədə yerləşən İbn Əlqəyyim məktəbinin müəllimi Muhəmməd Əlubəydi həbs ediblər.
ARANNEWS- Ərəbistanda insan haqlarının pozulmasının davamında Ali-Səud rejimi bir ərəbistanlı müəllimi bu ölkənin şərqindəki təhlükəsizlik durumunu tənqid etməsinə görə, həbs edib.Ali-Səud hərbçiləri çərşənbə günü Ərəbistanın vəliəhdi Muhəmməd bin Naifin qarşısında bu ölkənin şiə sakinli məntəqələrindəki təhlükəsizlik durumunu tənqid edən şiə sakinli məntəqədə yerləşən İbn Əlqəyyim məktəbinin müəllimi Muhəmməd Əlubəydi həbs ediblər.
Ərəbistanın şərq əhalisinin bu ölkədə şiə ruhani Şeyx Nimir Baqir Əl-Nimrin edamına qarşı dinc etirazlarının artmasından sonra səudiyyə hökuməti bu ölkənin şərq məntəqələrində təhlükəsizlik tədbirləri görübdür.
Ali-Səud rejimi 2016-cı il yanvarın ikisində şiə ruhani Şeyx Nimir Baqir Əl-Nimri edam etdi.
Şeyx Nimir Baqir Əl-Nimrin edamı dünyanın müxtəlif məntəqələrində, xüsusən islami ölkələrdə etirazlara səbəb oldu.