Tarix : 2016 Jan 21
Kod 47649

Təbrizdə 19 Yanvar günü münasibətilə dəyirmi masa keçirildi

"Dünya Müsəlman Azərbaycanlıları Günü" münasibətilə dəyirmi masa alim və Qafqaz regionu üzrə tədqiqatçıların iştirakı ilə Azər-Aran Mədəniyyət Mərkəzində keçirilib.
AranNews - "Dünya Müsəlman Azərbaycanlıları Günü" münasibətilə Azər-Aran Mədəniyyət Mərkəzində "19 Yanvar gününün əziz tutulması" adlı dəyirmi masa keçirilib. Seminara alimlər və Qafqaz regionu üzrə tədqiqatçılar qatılıb.
Seminarın başlanğıcında yazıçı, jurnalist və Şərqi Azərbaycanın mədəniyyət fəali Mehdi Nalbəndi kommunist və ateistlərin Azərbaycanda 70 illik hökumətinə toxunaraq deyib: "Azərbaycan xalqı bu gün SSRİ-nin İranla öz arasında yaraddığı sərhəd maneələrini və tikanlı məftilləri qırarıq öz ata-baba torpaqlarına qədəm qoymaqla kommunistlərin istilasından sonra əzab-əziyyət, təcrid, məyusluqdan əzab çəkmiş canlarına azadlıq və müstəqillik ruh bəxş etdilər".
M. Nalbəndi mərhum İmam Xomeyninin SSRİ prezidenti Qorbaçova hikmətli məktubunda ona "marksizmin sümüklərinin sınmasının eşidilməsi və iqtisadi probemin həlli üçün qərbə üz tutmamasını" vurğulamasına toxunaraq deyib: "İslam İnqilabının böyük təsisçisi dünya kommunist dəyişiklikləri haqqında nəzərini dedi, üstəlik, buyurdu: "Bundan sonra kommunizmi dünyanın siyasi tarix muzeyində axtarmaq lazımdır". 
Əyalətin Televiziya-Radio Şirkətinin sədr müşaviri Azərbaycan Respublikası xalqının 19 yanvarda inqilabi hərəkərinin ən önəmli mesajının onların İran xalqı ilə həmrəy olduğunu bildirərək deyib: "Bakı dövləti həqiqətlərin üstünü pərdələməklə iki ölkə xalqını bir-birindən uzaq saxlamağa cəhd edir. Halbuki, son illərdə islamçıların xalq hərəkatları, onların İslam və İnqilabın mesajlarını almasını və özlərinin bunun qarşısında məsul bilmələrini göstərir".
O, çıxışının sonunda şimal qonşularının bu dəyərli hərəkətini İslam Partiyasının, xüsusilə də Hacı Əlikram Əliyevin əsas hərəkətlərinin başlanğıcı adlandıraraq artırıb: "1990-cı il 19 yanvarda səslənən şüarlar və oxunan növhələr bu gün bütün zamanlardan daha çox anlaşılandır".
Seminarın davamında Azər-Aran Mədəniyyət Mərkəzinin idarə heyətinin sədri doktor Mütəfəkkirazad 19 yanvar gününün daim anılması və tarixi həqiqətlərin canlı saxlanılması məqsədilə Ərdəbilin sevimli imam cüməsi həzrət Ayətullah Amilinin bu günü "Dünya Müsəlman Azərbaycanlıları Günü" adlandırmasına görə ona öz təşəkkürünü bildirib.
Doktor Mütəfəkkirazad Bakı dövlətinin Nardaranda islamçılara qarşı son cinayətini məhkum edib və Azərbaycanın dövlət başçılarına tövsiyə edib ki, xalqla mübarizə etmək əvəzinə Qarabağı azad etmək üçün hərəkət etsin. 
Təbriz Universitetinin elmi heyətinin üzvü 1991-ci ildə İranın Bakıda mədəniyyət sərgisi keçirməsinə və bu ölkə xalqının dini məsələlərə necə sevgi göstərməsinə toxunaraq deyib: "Yaxşı yadımdadır ki, həmin gün sərgidə ən uzun növbə sırası İslam təbliğatı pavlionunda Quran və dini kitablar almaq üçün yaranmışdı. Sərgiyə baxış zamanı Bakı əhalisindən bir nəfər mənimlə söhbətində dedi ki, Azərbaycan xalqının çoxu namaz və oruc kimi dini ibadətlərini İranın şəri vaxt ölçüləri ilə tənzimləyir və İranı dini işlərdə qaynaq və mənbə hesab edirlər".
Dəyirmi masanın digər iştirakçısı Qafqaz məsələləri üzrə ekspert doktor Məhəmmədrza Kəffaş Cəmşidi öz çıxışında 19 yanvarın "Dünya Müsəlman Azərbaycanlıları Günü" adlanmasının əhəmiyyətinu vurğulayaraq, belə seminarların keçirilməsinə təkid edib. Belə tarixi hadisələrin unudulmayacağını diqqət çatdıran ekspert artırıb: "Azərbaycan xalqının sərhəd maneələrini dağıtması və sərhəddi keçməsi hadisəsi İran-Azərbaycan münasibətlərində ən yadda qalan bir hadisə sayılır və hər iki ölkənin qarşılıqlı tarix qrafikində qeyd edilmişdir".
Doktor Məhəmmədrza Kəffaş deyib: "19 yanvar hadisəsini daha da önəmli edən hadisələrdən biri də bir gün fasilə ilə 20 yanvarda Sovetlər Birliyinin Qırmızı Ordusunun Bakı xalqının mitinqini dağıtması məqsədilə xalqı qətliam etməsidir. Ona görə də belə nəzərə gəlir ki, bu hadisədən qabaq və ya bu hərəkat astanasında baş verən hadisələri daha çox araşdırmaq, təhlil etmək lazımdır".
Ekspert, Azərbaycan xalqının öz ata-baba yurdundan ayrılmasına baxmayaraq öz İslam kimliyini unutmamasına toxunaraq artırıb: "Sovetlər Birliyinin parçalanmasından sonra bu ölkədə dini kimliyin bərpası yeni mərhələyə qədəm qoydu. Düşündürücü məsələ budur ki, nə üçün o günləri Azərbaycan xalqı Gürcüstan, Ermənistan və Rusiya kimi digər qonşu ölkələrə üz tutmadılar?  Azərbaycan xalqı İran xalqı ilə birləşmək üçün özlərində hansı israrı hiss edirdilər və ona çatmaq üçün öz canlarını təhlükəyə atdılar?"
Kəffaş Cəmşidi Azərbaycanın ANS telekanalının aparıcısının hicablı qadınları təhqir etməsinə, bunun ardınca onun işdən qovulmasına, ölkədə siyasi və ictimai qarışıqlıq yaranmasına toxunaraq, Azərbaycanda İslam dəyərləri və islamçıların rolunu vurğulayıb.
O çıxışının sonunda İslam təlimlərinin günbəgün Azərbaycanda öz yerini tapmasına, şərait və hərəkatlrın istənilən və yaxşı hədəfə doğru getməsinə toxunaraq deyib: "Bakı dövləti özünün sərt və yumşaq hərəkətləri ilə camiədə dinin mahiyyətini öz metodu ilə dəyişdirməyə cəhd edir".
Qeyd edək ki, seminarın başlanğıcında 19 Yanvar hadisələri və Ayətullah Seyid Həsən Amilinin bu günü "Dünya Müsəlman Azərbaycanlıları Günü" adlandırmasına aid kliplər nümayiş etdirildi.

  • Yazılıb
  • da (də) 2016 Jan 21
  • Göndərən مدير سايت Aran News