Tarix : 2016 Jan 22
Kod 47650

Iraq ordusundan ŞİD-ə qarşi ağir zərbələr

İraq ordusuna aid döyüş təyyarələrinin Samirranın qərbində təşkil etdikləri əməliyyatda 8 İŞİD terrorçusunun öldürüldüyünü və terrorçular bomba yerləşdirdikləri 3 buldozerin də məhv edildiyini bildirib.
Arannews- İraqın Səlahəddin əyalətində təhlükəsizlik mənbələrindən biri açıqlama verərək, İraq ordusuna aid döyüş təyyarələrinin Samirranın qərbində təşkil etdikləri əməliyyatda 8 İŞİD terrorçusunun öldürüldüyünü və terrorçular bomba yerləşdirdikləri 3 buldozerin də məhv edildiyini bildirib.
mənbə, terrorçuların bomba qurğuları yerləşdirilmiş buldozerlərlə İraqın hökumət qüvvələrini hədəfә aldıqlarını bildirib.
Digər tərəfdən, İraq ordusuna aid döyüş təyyarələri Samirranın qərbindəki El-Layin rayonunda yerləşən İŞİD mövqelərini bombardman ediblər. Əməliyyatlar zamanı əvvəlcədən müəyyən edilmiş İŞİD-ə aid xeyli sayda obyekt məhv edilib.
İraqın Ənbar əyalətindəki təhlükəsizlik mənbələrindən biri, hüquq-mühafizə orqanlarının Ramadinin mərkəzində bir terrorçunu həbs etdiklərini deyib.
Ənbar Polis İdarəsinin xüsusi əməliyyatlar orqanı terrorçunu Ramadinin mərkəzindəki Əl-Cumiyə bölgəsində tutduqlarını açıqlayıb.

  • Yazılıb
  • da (də) 2016 Jan 22
  • Göndərən مدير سايت Aran News