Fələstin Əsirləri və Azad olunmuşlarının məsələləri üzrə heyətin rəhbəri": Sionist hərbçilər 2015-ci ildə Fələstinin müxtəlif bölgələrində 2200-dən çox fələstinli uşağı həbs ediblər".
Arannews- Sionist hərbçilər 2015-ci ildə 2200-dən çox fələstinli uşağı həbs ediblər.
Fələstin Əsirləri və Azad olunmuşlarının məsələləri üzrə heyətin rəhbəri İsa Qəraqe cümə axşamı günü İordan çayının qərb sahilində bildirib: Sionist hərbçilər 2015-ci ildə Fələstinin müxtəlif bölgələrində 2200-dən çox fələstinli uşağı həbs ediblər.
Fələstin rəsmisi xatırladıb: Əksər fələstinli əsir uşaq sionist hərbçilər tərəfindən işgəncəyə məruz qalır.
İsa Qəraqe həmçinin bildirib: Hazırda 55 fələstinli əsir qadının 15 nəfəri azyaşlıdır. Onların 9 nəfəri də yaralanmışdır.
Fələstin Əsirləri və Azad olunmuşlarının məsələləri üzrə heyətin rəhbəri deyib: Təxminən iki ay öncə İsrail həbsxanasında aclıq aksiyası keçirən fələstinli əsir jurnalist Məhəmməd əl-Qiqin həyatı hazırda təhlükədədir.
İsa Qəraqe fələstinli əsirlər, xüsusilə də Məhəmməd əl-Qiqlə həmrəyliyi elan etmək üçün beynəlxalq kampaniyanın başlanması, eləcə də fələstinli əsirlərin azadlığı üçün bütün beynəlxalq hüquq müdafiəsi təşkilatlarının dərhal hərəkətə keçmələrinin vacibliyini vurğulayıb.
Hazırda 7 mindən çox fələstinli sionist rejim həbsxanalarında acınacaqlı şəraitdə dustaqdır.