Tarix : 2016 Jan 22
Kod 47654

Ali Xəlifə rejimi azyaşlı uşaqları da həbs edir

hazırda Ali Xəlifə rejimi həbsxanalarında ən azı 250 az yaşlı uşaq həbsdədir.
Arannews- BMT-nin  İnsan Hüquqları Şurası elan edib ki,  hazırda Ali Xəlifə rejimi həbsxanalarında ən azı 250 az yaşlı uşaq həbsdədir. Onlar siyasi məsələlərə görə həbs olunublar.
BMT-nin  İnsan Hüquqları Şurası deyib ki, Ali Xəlifə rejiminin bu hərəkəti uşaq hüquqları konvensiyasına ziddir.
Bazar ertəsi günü Bəhreyn rejimi 13 yaşlı  Səid Şəmsi həbs edib.
Şuranın sədri Yusif Rəbi bildirib ki, Bəhreyn rejiminin bu hərəkətləri İnsan Hüquqları Manifestinin uşaqlarq aid olan 16 - cı maddəsini kobud şəkildə  pozmaqdır.
İnsan Hüquqları Şurası Ali Xəlifə rejimindən istəyib ki,  bu kimi hərəkətlərə son qoysun.


  • Yazılıb
  • da (də) 2016 Jan 22
  • Göndərən مدير سايت Aran News