Tarix : 2016 Jan 23
Kod 47655

“Financial Times” Azərbaycanın ən kəskin qərarından yazır

“The Financial Times” hökumətin gördüyü sərt tədbirləri, keçmiş sovet respublikalarında valyuta böhranı ilə bağlı atılmış “ən kəskin addım” adlandırıb.
AranNews- Bu haqda “The Financial Times” qəzeti yazır. Xəbər verildiyi kimi həmin düzəlişə əsasən investisiya qoyuluşu, qiymətli kağızlar, daşınmaz əmlak və torpağın alınması məqsədilə bir il ərzində  ölkədən çıxarılan 50 min dollardan yuxarı valyutanın həcmindən 20 faiz vergi tutulacaq. Bu, ölkədən valyuta axınının qarşısını almaq üçün hökumətin gördüyü sərt tədbirlərdən biridir.
“The Financial Times” bunu keçmiş sovet respublikalarında valyuta böhranı ilə bağlı atılmış “ən kəskin addım” adlandırıb.
Qəzet yazır ki, hökumət xarici valyuta əməliyyatlarını məhdudlaşdırmaqla valyuta bazarında sabitliyi bərpa etməyə çalışır. Lakin bu məhdudiyyətin Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlər tərəfindən necə qarşılanacağı hələ məlum deyil.
“Xarici şirkətlər kapitala bu cür nəzarəti çətin ki, xoş qarşılayalar. Ancaq yanvarın 19-da qəbul edilən yeni qaydanın BP kimi böyük investorlara şamil olunacağı bəlli deyil. Kapitala nəzarət məsələsini regionda digər ölkələr də qaldırıb, ancaq rədd olunub. Axı bu, investisiya mühitinə uzunmüddətli ziyan vura bilər. Bununla belə Türkmənistan da ötən həftə xarici valyuta satışını məhdudlaşdırıb. Bu ölkə ötən yanvarda 19 faizlik devalvasiyaya gedib, sonradan milli pulu yenə zəifləsə də, Azərbaycan kimi müqavimət göstərir”-qəzet yazır.
  • Yazılıb
  • da (də) 2016 Jan 23
  • Göndərən مدير سايت Aran News