Tarix : 2016 Jan 23
Kod 47662

“Rəhimə xanım” ziyarətgahının dini icması qeydiyyata alınacaq

Nardarandakı “Rəhimə xanım” ziyarətgah-məscidində dini icmanın qeydiyyata alınmasına dair sənədlər hazırlanıb və Sabunçu Rayon İcra Hakimiyyətinə təqdim olunub.
AranNews- Bunu açıqlamasında Dini Qurumlarlar İş üzrə Dövlət Komitəsinin sədri, Mübariz Qurbanlı deyib. M. Qurbanlının sözlərinə görə, qaydaya əsasən, Rayon İcra Hakimiyyəti o icma barədə hüquqi ünvanla bağlı arayış verir, daha sonra bu arayış sənədlərlə birlikdə həm Qafqaz Müsəlmanları İdarəsinə, həm də Komitəyə təqdim olunur: “Bundan sonra icma rəsmən qeydiyyata alınır və müvafiq sənəd təqdim olunur. Mən bu gün Rayon İcra Hakimiyyətinin başçısı ilə danışdım. Proses gedir. İcmanın qeydiyyata alınması üçün ən az 50 nəfər üzvü müraciət etməlidir. "Rəhimə Xanım" ziyarətgahından 53 nəfər müraciət edib. Hazırda müraciətə baxılır və inşallah qeydiyyata alacağıq”.
Komitə sədri deyib ki, bu icma qeydiyyata alındıqdan sonra təkrar Nardaranda görüş keçiriləcək, söhbət aparılacaq və oradakı icması qeydiyyatdan keçməyən digər məscidlərdə də bu məsələlər həll olunacaq.
Qeyd edək ki, Nardarandakı hadisələrdən sonra qəsəbə üzrə yalnız Cümə məscidi qeydiyyatı olduğu üçün fəaliyyətini davam etdirib. Digər məscidlər - "Rəhimə xanım", "Qulam Əli", "Kiçik" və "Ağa" məscidlərinin isə qeydiyyatları olmadığı üçün fəaliyyəti dayandırılıb. Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullayev, Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Nardaran qəsəbəsində olublar, “Rəhimə xanım” ziyarətgahında bir qrup dindar və ağsaqqalla görüşüblər.
  • Yazılıb
  • da (də) 2016 Jan 23
  • Göndərən مدير سايت Aran News