İŞİD Türkiyənin Suriya ilə sərhədindədir və Ankara İŞİD-lə mübarizə niyyətindədirsə, Suriya ilə sərhədində terrorçularla döyüşməlidir.
Arannews- İraq baş naziri Türkiyənin İŞİD terror qruplaması qarşısındakı mövqeyini dəyişdirməsini istədi.
İraq baş naziri Heydər əl-İbadi deyib: Türkiyə PKK qüvvələri ilə döyüşməklə bağlı öz diqqətini İŞİD terror qruplaşması ilə mübarizəyə yönəltməlidir. Çünki Türkiyə PKK ilə döyüşdə bu döyüşü İraq və Suriyaya doğru genişləndirir.
Türk hərbçilərin İŞİD-lə mübarizə üçün İraq ərazisinə daxil olması ilə bağlı Türkiyənin hərəkətini tənqid edən əl-İbadi bildirib: Bu hərəkət iki ölkə əlaqələrinə zərbə vurur. Çünki Türkiyənin İraqın Neynəva vilayətinin mərkəzi olan Mosulda İŞİD-lə mübarizədə heç bir rolu yoxdur.
İraq baş naziri əlavə edib: İŞİD Türkiyənin Suriya ilə sərhədindədir və Ankara İŞİD-lə mübarizə niyyətindədirsə, Suriya ilə sərhədində terrorçularla döyüşməlidir.
Heyər əl-İbadi həmçinin Türkiyə rəsmiləri ilə İŞİD-in əlaqəsi və bu barədə sənədlərin olmasına toxunaraq bildirib: Türkiyə daxilində partlayış və terror aktlarında İŞİD-in hərəkəti bu ölkə üçün xəbərdarlıq ola bilər.