Tarix : 2016 Jan 23
Kod 47665

Türkiyədə 9 polis yaralanib

Türkiyənin 9 polis əməkdaşı Mardin vilayətinin Nəsibin şəhərciyində mina partlaması nəticəsində yaralanıb.
Arannews- Türkiyənin 9 polis əməkdaşı bu ölkənin cənub-şərqində mina partlaması nəticəsində yaralanıb.
Türkiyənin təhlükəsizlik dairələri bildiriblər ki, Mardin vilayətinin Nəsibin şəhərciyində polis məmurlarının avtomobili keçdiyi zaman partlayış baş verib. Nəticədə 9 polis əməkdaşı və bir sivil yaralanıb.
Təhlükəsizlik dairələrinin bildirdiyinə görə, yaralılar müalicə üçün bu şəhərciyin xəstəxanasına yerləşdiriliblər və təhlükəsizlik əməkdaşları partlayış amillərinin müəyyənləşdirilərək həbs olunması üçün geniş əməliyyata başlayıblar.
Türkiyə ordusu ilə PKK üzvləri arasında qarşıdurma 2015-ci il iyulda 2 il yarım fasilədən sonra yenidən başlanıb.


  • Yazılıb
  • da (də) 2016 Jan 23
  • Göndərən مدير سايت Aran News