minlərlə fələstinli Qəzzə zolağında o cümlədən Cəbalya düşərgəsində aksiya keçirərək, İsrail rejimi tərəfindən Qəzzənin mühasirəsinin davam etməsinə etiraz edərək, bu rejimə qarşı mübarizənin davamına təkid ediblər.
Arannews- Fələstinlilər sionistlərin cinayətlərinə etiraz olaraq, Qəzzə zolağında aksiya keçirib, bu məntəqəyə qarşı mühasirənin ləğv edilməsini istəyiblər.minlərlə fələstinli Qəzzə zolağında o cümlədən Cəbalya düşərgəsində aksiya keçirərək, sionist rejimi tərəfindən Qəzzənin mühasirəsinin davam etməsinə etiraz edərək, bu rejimə qarşı mübarizənin davamına təkid ediblər.
Aksiya iştirakçıları həmçinin, sionistlərə qarşı Qüds İntifazəsini himayə ediblər.
Həmas-ın rəhbər üzvlərindən olan Məşir əl-Misri Cəbaliya düşərgəsində aksiya iştirakçıları qarşısında etdiyi çıxışı zamanı deyib: sionist rejiminin Qəzzə zolağına qarşı mühasirəsindən 10 il ötür. Buna baxmayaraq, fələstinlilər sionist rejimi əleyhinə müqaviməti himayədə qətiyyətlidirlər.
Məşir əl-Misri həmçinin ABŞ və bəzi region ölkələrini sionist rejimini himayə etmələrinə görə tənqid edib.