Yəmənli qadınlar Ərəbistanın başçılıq etdiyi təcavüzkar koalisiyanın Yəmənə hücumlarının davam etməsinə etiraz olaraq BMT-nin Sənadakı ofisi qarşısına toplaşıblar.
Arannews- yəmənli qadınlar Yəmən paytaxtı Sənada BMT ofisi qarşısına toplaşaraq beynəlxalq ictimaiyyətin sükutu sayəsində Ərəbistanın başçılıq etdiyi təcavüzkar koalisiyanın Yəmənə hücumlarının davam etməsini pisləyib və qadın və uşaqların qırğın edilməsini kütləvi qırğın cinayətləri adlandırıblar.Yəmənli qadınlar Ərəbistanın hücumlarının dayandırılması və Yəməndə insan faciəsinə səbəb olan ədalətsiz mühasirənin ləğv edilməsini tələb ediblər.
Yəmənli qadınlar bir bəyanat verərək beynəlxalq təşkilatlar, xüsusilə də BMT və Təhlükəsizlik Şurasının Yəmənin günahsız vətəndaşlarına qarşı cinayətlər qarşısındakı sükutunu pisləyiblər.
Etirazçılar bu bəyanatda Ərəbistanın Yəmənə hücumlarda kasset və qadağan olunmuş silahlardan istifadə etməsini pisləyib və insanlığa qarşı cinayətlərin törədilməsinin humanist və beynəlxalq dəyərlərə zidd olduğunu bildiriblər.
Bu bəyanatda bütün xalqlar, dünya azadlıqsevərləri və beynəlxalq təşkilatlardan istənilib ki, düşmənlərin təcavüzkarlığı və Yəmənin ədalətsiz mühasirəsi qarşısında Yəmən xalqının kənarında dursunlar və onları dəstəkləsinlər.