Tarix : 2016 Jan 24
Kod 47671

İŞİD Ramadi şəhərinin 80 faizini dağıdib

Ramadi şəhərinin yenidən abadlığı üçün 12 milyard dollara ehtiyac var.
Arannews- İraqın Ənbar əyalətinin qubernatoru Suheyp İsmayıl Ər-Ravi İŞİD-in işağlından azad edilən Ramadi şəhərinin 80 faizinin dağıdıldığını bildirib. Şəhərin yenidən abadlığı üçün 12 milyard dollara ehtiyac olduğunu bildirib.
"İŞİD-in işğalından azad etmək üçün aparılan əməliyyatlar və dövlət binalarına yerləşdirilən bombaların partladılması nəticəsində Ramadi şəhərinin 80 faizi dağılıb. İraq ordusu və terrorçular arasında baş verən intensiv və güclü münaqişələr səbəbilə, şəhərin infrastrukturuna böyük zərər dəyib".
Ər-Ravi əməliyyat zamanı bombaların partladılması nəticəsində, təxminən 1000 məktəbin, 200 xəstəxananın, polis mərkəzlərinin və su anbarlarının, hәmçinin digər inzibati xidmət binalarının yerlə yeksan olduğunu bildirib.
"Şəhərin şərq hissəsindəki iki rayonda qarşıdurmalar hələ də davam edir və nəzarət təmin olunmayıb. Ancaq bundan başqa bütün bölgələrdə idarәçilik vә nәzarәt İraq ordusunun əlindədir" , - deyə Ər-Ravi bildirib.


  • Yazılıb
  • da (də) 2016 Jan 24
  • Göndərən مدير سايت Aran News