Tarix : 2016 Jan 24
Kod 47674

Lenkeran teatrı, Beynəlxalq Fəcr Teatr Festivalında iştirak edib

Beynəlxalq Fəcr Teatr Festivalında, Lənkəran Dövlət Dram Teatrına təşkilat komitəsi tərəfindən diplom və xatirə hadiyyəsi təqdim olunub.
AranNews- Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının truppası, İran İslam Respublikasından qayıdıb. Teatrın direktoru Tofiq Heydərovun verdiyi məlumata görə, yaradıcı kollektiv qonşu ölkədə keçirilən 34-cü ənənəvi Beynəlxalq Fəcr Teatr Festivalında Azərbaycanı təmsil edib. Dünyanın 30-dan çox ölkəsindən teatrların iştirak etdikləri festivala sənətçilərimiz İran dramaturqu Bəhram Beyzayinin “İlan Sultan” tamaşası ilə qatılıb. İranlı rejissor Xeyrullah Təğiyənipurun quruluş verdiyi tamaşa Təbriz və Məşhəd şəhərlərində nümayiş etdirilib. T.Heydərovun sözlərinə görə, hər iki şəhərdə Lənkəran teatrı aktyorlarının ifası yüksək dəyərləndirilib:”Tamaşaya sadə iranlılarla yanaşı, ölkənin rəsmi nümüyəndələri, dövlət xadimləri, tanınmış sənətçiləri baxaraq məmnun qaldıqlarını bildirdilər. Tamaşa barədə Xorasan televiziyasında və ayrı-ayrı qəzetlərdə məlumatlar verildi”.
Festivalın bağlanış mərasimində Lənkəran Dövlət Dram Teatrına təşkilat komitəsi tərəfindən diplom və xatirə hadiyyəsi təqdim olunub.
  • Yazılıb
  • da (də) 2016 Jan 24
  • Göndərən مدير سايت Aran News