Tarix : 2016 Jan 24
Kod 47675

Amerika BMT-nin Yəmən böhranının siyasi həlli üzrə səylərini məhv edir

Amerika Ərəbistanın Yəməndəki dağıntı və cinayətlərində məsuliyyət daşıyır.
Arannews- Yəmən Ali İnqilab Komitəsinin sədri Muhəmməd Əli Əlhusi deyib: ABŞ dövlət katibi Con Kerrinin Ərriyaddakı çıxışı göstərir ki, Yəmənə təcavüz Amerikanın qərarı əsasında olub.
Yəmən Ali İnqilab Komitəsinin sədri deyib: ABŞ dövlət katibi Con Kerrinin sözləri Yəməndə dağıntı və qan axıdılmasının davam etməsi mənasındadır.
O, əlavə edib: Yəmənə qarşı 300 gün təcavüzdən sonra Con Kerri BMT-nin Yəmən böhranının siyasi həlli üzrə səylərini məhv edir.
Əlhusi bildirib ki, Amerika Ərəbistanın Yəməndəki dağıntı və cinayətlərində məsuliyyət daşıyır.
Yəmənə qarşı 300 gün Səudiyyyə-Amerika hücumu nəticəsində 23 min nəfərdən çox insan şəhid olub və yaralanıb. Həmçinin bu hücumlar bir milyon 200 min nəfəri didərgin salıbdır. Bundan əlavə, bu ölkənin iqtisadi və ictimai mərkəz və təsisatları daxil olmaqla infrastrukturlarının böyük bir hissəsi də məhv edilibdir.


  • Yazılıb
  • da (də) 2016 Jan 24
  • Göndərən مدير سايت Aran News