Tarix : 2016 Jan 24
Kod 47676

Yüzlərlə bəhreynli hökuməti Şeyx Əli Salmanı və digər siyasi məhbusları azad etməyə çağırıb

Yüzlərlə bəhreynli etirazçı aksiya keçirərək hökuməti Milli Birlik İslam Cəmiyyətinin baş katibi Şeyx Əli Salmanı və digər siyasi məhbusları azad etməyə çağırıb.
Arannews- Avropa-Bəhreyn İnsan Haqları Təşkilatı Ali-Xəlifə rejiminin Milli Birlik İslam Cəmiyyətinin baş katibinə tətbiq etdiyi qadağanı məhbusların hüququnun pozulması adlandırıb.
Avropa-Bəhreyn İnsan Haqları Təşkilatı Ali-Xəlifə rejiminin Milli Birlik İslam Cəmiyyətinin baş katibi Şeyx Əli Salmana istənilən əlaqə qurmaq və görüş təşkil etmək qadağasını tətbiq etməsi, məhdudiyyətlərin davam etməsi, beynəlxalq insan haqları qanunlarına əsasən məhbusların hüquqlarına təbii şəraitin yaradılmamasından nigaranlıq edib.
Avropa-Bəhreyn İnsan Haqları Təşkilatı Covv həbsxanası rəhbərliyinin Şeyx Əli Salmana qarşı hərəkətini Ali-Xəlifə rejiminin fəallar və müxaliflərə qarşı dayanmadan məhdudiyyətlərin tətbiq olunması siyasəti çərçivəsində dəyərləndirib və bildirib: Bəhreyn rəsmiləri hökumət əleyhinə müxalifləri cəzalandırmaq üçün bu metodlardan istifadə edirlər.
Yüzlərlə bəhreynli etirazçı da Manamanın qərbində əl-Duraz məntəqəsində cümə namazı qıldıqdan sonra aksiya keçirərək hökuməti Milli Birlik İslam Cəmiyyətinin baş katibi Şeyx Əli Salmanı və digər siyasi məhbusları azad etməyə çağırıb.

  • Yazılıb
  • da (də) 2016 Jan 24
  • Göndərən مدير سايت Aran News