Tarix : 2016 Jan 24
Kod 47678

Viktor Yuşenko: “Qarabağda baş verənlər terrordur”

Ukraynanın sabiq prezidenti deyib: “Osetiyada və ya Abxaziyada, Dnestryanıda, Dağlıq Qarabağda baş vermiş hadisələr terrordur. Rusiya dövlət olaraq və siyasi rejim kimi bu terrorun mənbəyidir”.
AranNews- Ukraynanın sabiq prezidenti Viktor Yuşenko Rusiya əleyhinə növbəti dəfə çıxış edib.
Yuşenko, Rusiya prezidenti Vladimir Putin və onun rejiminin 2 şeydən qorxduğunu bildirib.
“Putin və onun rejimi 2 şeydən qorxur. Bu, cəmiyyətin və dünyanın reaksiyasıdır. Cəmiyyətin reaksiyası bu rejimi tez məhv edir”.
Sabiq prezident Rusiya Federal Təhükəsizlik Xidmətinin (FTX) keçmiş əməkdaşı Aleksandr Litvinenkonun qətlini nəzərdə tutaraq deyib ki, bu cinayətə Ukraynaya qarşı terrorizm kontekstində yanaşılması vacibdir.
“Çünki, bizdə şərqdə 10 mindən çox övladımızı itirdik. Bu isə terrorizmdir”,-deyə o əlavə edib. Yuşenko daha sonra Rusiyanın Abxaziya, Dağlıq Qarabağ, Cənubi Osetiyada etdiklərini də terrorizm adlandırıb.
“Osetiyada və ya Abxaziyada, Dnestryanıda, Dağlıq Qarabağda baş vermiş hadisələr terrordur. Rusiya dövlət olaraq və siyasi rejim kimi bu terrorun mənbəyidir”.
  • Yazılıb
  • da (də) 2016 Jan 24
  • Göndərən مدير سايت Aran News