Tarix : 2016 Jan 25
Kod 47681

Putinə və Kadırova dəstək yürüşünün qarşısı alındı

Dağıstanda yerli “OMON” Rusiya prezidenti Vladimir Putinə və Çeçenistan rəhəri Ramzan Kadırova dəstək məqsədi ilə keçirilən avto-yürüşün qarşısını alıb.


AranNews-
bu barədə yerli “Çernovik” qəzeti məlumat yayıb.

Bildirilir ki, tədbir bu günə nəzərdə tutulubmuş. Avto-yürüş iştirakçıları səhər saat 7.30-da Gizlərdən Qudermesə istiqamət götürməli, orada isə Kızılyurd-Mahaçqala-Kaspiysk-İzberbaş-Dərbənd marşrutu üzrə Çeçenistandan gələn avtomobil karvanına qoşulmalıymış. Amma polis maşın karvanının qarşısını kəsib.
Hadisə şahidlərinin sözlərinə görə, “OMON” əməkdaşları hətta Putinlə Kadırovun birgə plakatlarını da cırıblar.
Nəşrin yazdığına görə, avto-yürüşün təşkilatçıları sırasında Dağıstan üzrə Pensiya Fondunun sabiq rəhbəri Saqid Murtuzəliyevin tərəfdarları da olub.
  • Yazılıb
  • da (də) 2016 Jan 25
  • Göndərən مدير سايت Aran News