Dağıstanda yerli “OMON” Rusiya prezidenti Vladimir Putinə və Çeçenistan rəhəri Ramzan Kadırova dəstək məqsədi ilə keçirilən avto-yürüşün qarşısını alıb.

AranNews- bu barədə yerli “Çernovik” qəzeti məlumat yayıb.Bildirilir ki, tədbir bu günə nəzərdə tutulubmuş. Avto-yürüş iştirakçıları səhər saat 7.30-da Gizlərdən Qudermesə istiqamət götürməli, orada isə Kızılyurd-Mahaçqala-Kaspiysk-İzberbaş-Dərbənd marşrutu üzrə Çeçenistandan gələn avtomobil karvanına qoşulmalıymış. Amma polis maşın karvanının qarşısını kəsib.Hadisə şahidlərinin sözlərinə görə, “OMON” əməkdaşları hətta Putinlə Kadırovun birgə plakatlarını da cırıblar.Nəşrin yazdığına görə, avto-yürüşün təşkilatçıları sırasında Dağıstan üzrə Pensiya Fondunun sabiq rəhbəri Saqid Murtuzəliyevin tərəfdarları da olub.