Tarix : 2016 Jan 25
Kod 47683

Suriya ordusu çoxlu sayda terrorçuni məhv edib

Ötən iki gündə bir sıra əməliyyatlar əsnasında Laziqiyyənin ətrafında 120 kvadrat kilometr sahəsində bir sıra bölgələr və ..
Arannews- Suriya ordusu Laziqiyyənin ətrafında terrorçuların son bazası olaraq Rəbiə şəhərciyi və əl-Rovzə kəndini ələ keçirib.
Suriya ordusu baş komandanlığı bir bəyanatda bildirib: Ötən iki gündə bir sıra əməliyyatlar əsnasında Laziqiyyənin ətrafında 120 kvadrat kilometr sahəsində bir sıra bölgələr və yüksəkliklər azad olundu, çoxlu sayda terrorçu öldürüldü və onların qalanı da sərhədlərə və Türkiyə ərazisinə qaçmaqdadır.
Rəbiə şəhərciyi Türkiyə sərhədinin 13 kilometrliyində yerləşir və Suriya ordusunun ona nəzarəti ələ keçirməsi silahlı terrorçuların digər önəmli düşərgələrindən olan Selma şəhərinin azadlığından təxminən 2 həftə sonra həyata keçirilib.

  • Yazılıb
  • da (də) 2016 Jan 25
  • Göndərən مدير سايت Aran News