Tarix : 2016 Jan 25
Kod 47685

“İnsan əməllərinə Quranın fəlsəfi baxışı” adlı elmi seminar keçirilib

Gürcüstanda Əhli Beyt (ə) Aşiqləri formu və Zeynəb (s.ə) Qadınlar Birliyinin təşkilatçılığı ilə Tədbir keçirilib.


AranNews-
Bu gün Gürcüstan Əhli beyt (ə) cəmiyyətinin Hüseyniyyəsində Gürcüstan Əhli-Beyt (ə) cəmiyyəti və onun nəzdində fəaliyyət göstərən Əhli Beyt (ə) Aşiqləri formu və Zeynəb (s.ə) Qadınlar Birliyinin təşkilatçılığı ilə “İnsan əməllərinə Quranın fəlsəfi baxışı” adlı elmi seminar keçirilib.

Xəbərə görə, elmi seminar Əhli Beyt məddahı Rza Cəfərinin Quran tilavəti ilə başlayıb. Sonra məclisin aparıcısı Elçin Daşdanzadə Əhli Beyt (ə) Aşiqlər Formunun bölgədə olan əhəmiyyət və xidmətlərinə dəyər verərək forumun illik hesabatına toxundu və söhbətinin sonunda Əhli Beyt (ə) Aşiqlər Formunun xidmət göstərən üzvlərinə o cümlədən Ağsaqqallar şurasının üzvləri və Zeynəb (ə) Qadınlar Birliyinə təşəkkür bildirib.
Daha sonra Qum elmiyyə hövzəsinin ustadlarından dəyərli alim Məhəmməd Baqir Sayvəri “İnsan əməllərinə Quranın fəlsəfi baxışı” mövzusunda çıxış edib. Alim çıxışı zamanı, Quran ayələri və əqli dəlillərə əsasən vurğuladı ki, insanın əməlləri elə insanın özündə bükülü yəni batini məlum olmayan şəkildədir və Qiyamət günü insanın özü vasitəsi ilə əməllərinin həqiqəti açıqlanar.


  • Yazılıb
  • da (də) 2016 Jan 25
  • Göndərən مدير سايت Aran News