Ümid edirik, Azərbaycan dövləti media reallıqlarını qəbul etməklə öz diktator hərəkətlərini islah edəcək və xalqının əsas hüquqlarına hörmət qoymağı qəbul etməklə öz qanuni vəzifəsinə əməl edəcək.
AranNews- Cəmiyyət və dövlətin fəaliyyətlərinə bir növ nəzəratçi sayılan güclü mətbuat və media vasitələri olmadan bir ölkə öz sağlam həyatını davam etdirə bilməz. Tarix və təcrübə göstərir ki, adətən diktator hökumətlər öz siyasi həyatını saxlamaq üçün polis gücündən, azad və şəffaf məlumatın yayılmasının qarşısını almaq kimi maneələrdən istifadə edirlər.
26 noyabrda xüsusi təyinatlı polis qüvvələrinin Nardaran qəsəbəsində bir qrup dindara hücum etməsi, onları şəhadətə yetirməsi və yaralaması hadisəsindən sonra Azərbaycan dövlətinin belə bir üslub seçməsinin şahidi olduq. Azərbaycan dövlətinin bu acı hadisədən öncə və sonra media sahəsindəki siyasətinin araşdırılması göstərir ki, bu ölkədə media və mətbuata bir tərəfdən sifariş olunur, senzura qoyulur, digər tərəfdən də daxili və xarici mediaların fəaliyyəti dayandırılır, yaxud bloklanır.
Aran Xəbər Agentliyi Nardaranda baş verən məlum hadisədən sonra öz əsas vəzifəsinə, yəni hadisə haqqında xəbərlərinin düzgün işıqlandırılmasına təlaş etdiyi üçün Azərbaycan dövləti tərəfindən filtirlənmişdir. Belə bir sual ortaya çıxır: Doğurdan da Azərbaycan dövlətinin dözüm və taqəti o qədər tükənmişdir ki, bir xəbər saytının fəaliyyətindən bu qədər qorxuya düşüb və onu bloklayır?
Aydındır ki, bu cür mənfi və ucuz hərəkət hadisələrin həqiqət və reallıqlarının üstünü uzun müddət gizlədə bilməz. Hər halda müasir dünyada məlumat və xəbər yayımlanması sistemi elə genişlənmişdir ki, sözsüz, belə hərəkətlərlə xalqın məlumatlanmasının qarşısnı almaq mümkün deyil.
Camiə təcrübəsi sübut etmişdir ki, bloklamaq carə yolu deyil. Ümid edirik, Azərbaycan dövləti media reallıqlarını qəbul etməklə öz diktator hərəkətlərini islah edəcək və xalqının əsas hüquqlarına hörmət qoymağı qəbul etməklə öz qanuni vəzifəsinə əməl edəcək.