İƏT-ə üzvləri terrorizm əleyhinə mübarizədə İraqı qətiyyətli şəkildə dəstəklədi və həmçinin Yəmən və Suriya böhranının dinc yolla həlll edilməsi üçün BMT-nin səylərinin dəstəklədilər.
Arannews- Ötən çərşənbə günündən İraqda başlanan İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin 11-ci Parlamentlərarası Birliyinin iclasının yekun bəyanatı bazar günü verilib.
bu iclasda iştirak edən ölkələrin nümayəndələri terrorizm əleyhinə savaşda və siyasi prosesdə İraqı qətiyyətli şəkildə dəstəklədiklərini bəyan edib və kobudluq və radikallığa son qoymaq üçün bir strategiyanın tənzimlənməsini istəyiblər.
Bu bəyanatda həmçinin region böhranları azaldılması məqsədilə tədbirlərin görülməsi vurğulanıb.
Yəmən və Suriya böhranının dinc yolla həlll edilməsi üçün BMT-nin səylərinin dəstəklənməsi bu bəyanatın digər önəmli maddələrindən biri olub.
Bu iclasda 40 islam ölkəsi, o cümlədən 10 ölkənin parlament sədri iştirak edib və qalan ölkələr müavinlər və yaxud nümayəndələr səviyyəsində iştirak ediblər.