Tarix : 2016 Jan 25
Kod 47690

Sionist hərbçiləri daha bir fələstinli gənci şəhid ediblər

Sionist hərbçilər tərəfindən daha bir fələstinlinin şəhid olması ilə Qüds intifazəsi şəhidlərinin sayı 165 nəfərə çatıb.
Arannews-sionist hərbçilər bazar günü səhər Qüdsün Əbudis qəsəbəsində fələstinli gənc Muhəmməd Nəbil Həlbiyəni atəşə tutaraq, şəhid ediblər.
Bir sionist sayt iddia edibdir ki, bu fələstinli gənc sionist hərbçilər arasında partlayış əməliyyatı keçirmək niyyətində olub.
Digər bir xəbərə görə, çoxlu sayda sionist qüvvə Əlxəlilin cənubundakı Vadi Əlhəriyyə və mərkəzindəki Nimrə məntəqələrinə basqın edərək, Fələstin parlamentində Həmas-ın tabeliyində olan fraksiyanın nümayəndələrindən Hatəm Qəfişəni və Fələstin meriyaları və şuraları üzrə keçmiş nazir İsa Xəyri Əlcəbrini həbs edib.
Muhəmməd Nəbil Həlbiyənin şəhid olması ilə Qüds intifazəsi şəhidlərinin sayı 165 nəfərə çatıb.


  • Yazılıb
  • da (də) 2016 Jan 25
  • Göndərən مدير سايت Aran News