Tarix : 2016 Jan 25
Kod 47691

Yəmənli bir ailə aclıqdan can verdi

Səna şəhərinin cənubunda bir yəmənli ana özünün üç övladı ilə can verdi.
Arannews- Səudiyyə koalisiyasının Yəməni tam mühasirəyə almasının nəticəsi olaraq, Səna şəhərinin cənubunda bir yəmənli ana özünün üç övladı ilə can verdi.
əl-Qadisiyyə məhəlləsinin sakinləri bildiriblər ki, bu qadın və uşaqların cənazələrini ölümlərindən 4 gün sonra öz evlərində tapmışıq.
İcarədə yaşayan qadının ev yiyəsi icarə haqqını almaq üçün bu qadının yaşadığı evə gəlib. Bir neçə dəfə yarı açıq qapını döydükdən sonra, ona cavab verən olmadığı üçün evə girib. Evdə isə qadın, iki az yaşlı oğlu və bir az yaşlı qızın cəsədini görüb.
Məhəllə əhalisi deyirlər ki; Yoldaşı vəfat etmiş bu qadın kasıblıqdan olduqca əziyyət çəkirmiş. Bəzən də yemək axtarmaq üçün evdən çıxırdı. Lakin 4 gün idi ki, ondan heç bir xəbər yox idi.
Səudiyyə Ərəbistanının təcavüzkar hücumlarının Yəmən paytaxtı Sənaya artmasından və bu ölkəni iqtisadi mühasirəyə salmasından sonra ölkədə kasıblıq və bekarlıq böhran həddinə çatmışdır. Beynəlxalq və insan haqları təşkilatları Yəməndə kasıblıq və müharibənin fəsadları olaraq aclığın yayılması nəticəsində insanlıq faciəsinin yaşandığı barədə xəbərdarlıq ediblər. Bu hadisə ondan bir nümunədir.


  • Yazılıb
  • da (də) 2016 Jan 25
  • Göndərən مدير سايت Aran News