Tarix : 2016 Jan 26
Kod 47701

İraqda 3 kütləvi məzarlıq aşkarlanıb

Peşmərgə qüvvələri Səncarın şərqində Dumiz şəhərciyində hərbi bazaların birinin yaxınlığında 3 kütləvi məzarlıq aşkarlayıblar.
Arannews- İraqın Səncar şəhərində yerli bir rəsmi Mosulun şimal-qərbində 150 cəsədli üç məzarlığın aşkarlandığını bildirib.
Səncar merinin müavini Məhəmməd Xəlil deyib: Peşmərgə qüvvələri Səncarın şərqində Dumiz şəhərciyində hərbi bazaların birinin yaxınlığında 3 kütləvi məzarlıq aşkarlayıblar.
Xəlil deyib: Aşkarlanan cəsədlər qeyri-hərbçi iyzədilərdir. Onlar İŞİD təkfirçi terrorçuları tərəfindən bu bölgənin işğalı zamanı qətlə yetiriliblər.
Bu arada əl-Anbar vilayətinin polis rəisi general Hadi Rezic ər-Rəmadi şəhərinin mərkəzində bir kütləvi məzarlığın aşkarlandığını bildirib.
Bu hərbi rəsmi əlavə edib: Təhlükəsizlik məmurları Ər-Rəmadi şəhərini bomba və minalardan təmizləyərkən əl-Cəmiyyə məntəqəsində 40 cəsədli bir məzarlıq aşkarlayıblar.


  • Yazılıb
  • da (də) 2016 Jan 26
  • Göndərən مدير سايت Aran News