Tarix : 2016 Jan 26
Kod 47702

Sionist hərbçiləri daha ik fələstinlini şəhid ediblər

sionist rejim hərbçiləri iki fələstinli gəncə atəş açıblar və onlar ağır yaralanıblar. Bu bölgənin fələstinli sakinləri onları xəstəxanaya çatdırıblar. Lakin yaraların ağırlığına görə, hər iki fələstinli gənc şəhid olublar.
Arannews- Sionist rejim ordusu Ramallahın qərbində iki fələstinlini güllələyərək şəhid ediblər.
İordan çayının qərb sahilində fələstinli rəsmilər bu xəbəri təsdiqləyərək bildiriblər ki, sionist rejim hərbçiləri bazar ertəsi günü günortadan sonra Ramallahın cənub-qərbində Beyt Hurun sionist sakinli qəsəbə yaxınlığında iki fələstinli gəncə atəş açıblar və onlar ağır yaralanıblar. Bu bölgənin fələstinli sakinləri onları xəstəxanaya çatdırıblar. Lakin yaraların ağırlığına görə, hər iki fələstinli gənc şəhid olublar.
Fələstinin Dövlət İnformasiya Agentliyi VƏFA-nın məlumatına görə, bununla əlaqədar fələstinli mənbələr bildiriblər ki, sionist rejim həbsxanasında olan fələstinli əsirlərdən 25 nəfəri güclü soyuq, imkanların və şəraitin olmamazlığına görə acınacaqlı vəziyyətdədir.
Həmçinin sionist başçılar fələstinli ailələrinin fələstinli əsirlər üçün gətirdikləri isti geymilərin onlara verilməsinin qarşısını alırlar. Habelə sionist həbsxana məmurları həbsxananın şəraitinə etiraz edən dustaqları döyürlər.
Fələstin mənbələrinin bildiriyinə görə, 2015-ci il oktyabr ayının əvvəllərindən Qüds İntifazəsinin başlanması ilə sionist hərbçilər və qəsəbə sakinlərinin Fələstin vətəndaşlarına qarşı cinayətləri nəticəsində, 167 fələstinli, o cümlədən 31 uşaq, 7 qadın şəhid olub, 16 mindən çox fələstinli isə yaralanıb.


  • Yazılıb
  • da (də) 2016 Jan 26
  • Göndərən مدير سايت Aran News