Papa Fransis ilə görüş İran prezidenti ilə dünya katoliklərinin rəhbəri arasında 16 ildən sonra baş tutan ilk görüş sayılır.
Arannews- Dünya katoliklərinin başçısı çərşənbə günü İran İslam Respublikası prezidenti ilə görüşdə Yaxın Şərq məsələlərinə siyasi həll yolunun tapılmasında İranın daha artıq rol oynamasını istəyib.
Papa Fransis Həsən Ruhani ilə 40 dəqiqə davam edən görüşdə ondan istəyib ki, İran bu mühüm işin gerçəkləşməsi üzrə səylərini reallaşdırsın.
Papa Fransis ilə görüş İran prezidenti ilə dünya katoliklərinin rəhbəri arasında 16 ildən sonra baş tutan ilk görüş sayılır.