Tarix : 2016 Jan 27
Kod 47704

suriya ordusu onlarla terrorçuni məhv edib

Suriyanın müxtəlif bölgələrində onlarla terrorçu öldürülüb.
Arannews- Suriya ordusu Dəra, Laziqiyyə, Hələb, Deyruz-Zur və Homs vilayətlərində onlarla terrorçunu öldürüb və onların çoxlu sayda gizli məkanını məhv edib.
Hələbin ətrafında Lirmun məntəqəsində bir çox bina Suriya ordusunun nəzarətinə keçib.
Dəra vilayətinin şimalında iki strateji yol da Suriya ordusunun nəzarətinə keçib.
Suriya ordusu və xalq qüvvələri həmçinin Homs və Deyruz-Zurda terrorçuların silah-sursatlarını məhv ediblər.
Digər bir məlumata görə, Homs şəhərinin Əz-Zəhra məhəlləsində iki terror aktıda bir qrup suriyalı şəhid olub və yaralanıb. Şəhid olanların əksəriyyəti uşaq və qadınlardır.


  • Yazılıb
  • da (də) 2016 Jan 27
  • Göndərən مدير سايت Aran News