Tarix : 2016 Jan 27
Kod 47706

fələstinli şəhidlərin sayi artir

Qüds İntifazəsi şəhidlərinin sayı 174 nəfərə çatıb.Həmçinin, bu müddət ərzində 22670 fələstinli yaralanıb, minlərlə nəfər də həbs edilib.
Arannews- fələstin xalqının ötən ilin oktyabr ayının əvvəlindən sionist rejiminin təcavüzləri əleyhinə başlatdığı qiyam nəticəsində 174 fələstinli şəhid olub.
Həmçinin, bu müddət ərzində 22670 fələstinli yaralanıb, minlərlə nəfər də həbs edilib.
Şəhidlərin 32 nəfəri uşaqdır. Həmçinin, fələstinli şəhidlərin 68%-i sionist rejimin yoxlama buraxılış məntəqələrində sionist hərbçiləri tərəfindən güllələnərək, şəhid edilib.
Buməlumata görə, əl-Xəlil məntəqəsi 50 şəhid ilə ən çox şəhidə malikdir. sionist rejimi həmçinin, Qüds İntifazəsi şəhidlərindən 10 nəfərinin cəsədini ailəsinə verməkdən çəkinir.
İşğal altında olan fələstin əraziləri 2015-ci ilin oktyabr ayından fələstinlilərin sionist rejimin təcavüzkar siyasətləri əleyhinə geniş etirazların şahididir.


  • Yazılıb
  • da (də) 2016 Jan 27
  • Göndərən مدير سايت Aran News