Şeyx Əli Salmanı müdafiə edən vəkillər qrupunun üzvü Abdullah Şəmlavi deyib: Bəhreynin mərkəzi zindanının rəhbərliyi çərşənbə axşamı günü vəkillərin Şeyx Əli Salman ilə görüşə biləcəyini bildirmişdilər. Amma,...
Arannews- Bəhreynin təhlükəsizlik qüvvələri əl-Vifaq cəmiyyətinin həbsdə olan sədri Şexy Əli Salman ilə vəkilləri arasında görüşün baş tutmasına icazə vermirlər.Şeyx Əli Salmanı müdafiə edən vəkillər qrupunun üzvü Abdullah Şəmlavi deyib: Bəhreynin mərkəzi zindanının rəhbərliyi çərşənbə axşamı günü vəkillərin Şeyx Əli Salman ilə görüşə biləcəyini bildirmişdilər. Amma, görüş vaxtı öncədən elan olunmadan başqa bir zamana dəyişdirilib.
Bəhreynin milli-islami əl-Vifaq cəmiyyəti də dünən Şeyx Əli Salmanın işinin yenidən Bəhreynin baş prokurorluğuna qaytarılmasını qəbuledilməz adlandırıb.
Şeyx Əli Salman son zamanlar öz Tvitter səhifəsində yazmışdı ki, Ali-Xəlifə rejimi öz zəif və kövrək varlığını qorumaq üçün, xalqın tələblərini təmin etmək yerinə, repressiyalara üz tutub.