Azərbaycan İslam Partiyasının sabiq sədr müavini İnqilab Əhədli Salyanda saxlanılıb.
AranNews- Bu haqda, AİP üzvlərindən biri məlumat verib.
Məlumata görə, o yaşadığı Salyan şəhərində evində saxlanılıb və hazırda (red: xəbər verilən vaxt; 19:00) evdə polis əməkdaşlarının olduğu qeyd olunur.
İnqilab Əhədlinin hansı səbəbə və ittihamlara əsasən, saxlanıldığı məlum deyil.
Qeyd edək ki, İnqilab Əhədli AİP-in sədr əvəzi Hacı Elçin Manafovun istefaya getməsinə qədər onun birinci müavini vəzifəsində çalışıb.