Tarix : 2016 Jan 28
Kod 47715

AŞPA-nın Azərbaycan Respublikası haqda qətnaməsi

Avropa Şurasının Parlament Assambleyası, Azərbaycan Respublikası haqda qətnamə qəbul edib.
AranNews- Avropa Şurasının Parlament Assambleyasının qış sessiyasında bu assambleyanın bosniyalı nümayəndəsi Militsa Markoviçin Sərsəng su anbarı barədə "Azərbaycanın sərhədboyu ərazilərinin sakinləri qəsdən sudan məhrum edilib" adlı qətnamə layihəsi böyük əksəriyyətlə qəbul olunub.
Bu iclasda Ermənistan tərəfindən məruzəçi və İngiltərənin nümayəndəsi Robert Valter vasitəsilə Azərbaycan Respublikasına qarşı hazırlanmış "Dağlıq Qarabağda və Azərbaycan Respublikasının işğal ounmuş digər məntəqələrində zorakılığın şiddətlənməsi" adlı altında hesabatı qəbul olunmayıb.
müzakirəsində çıxış edən erməni tərəfi və bir çox digər deputatlar sənədin yenidən baxılmaq üçün komitəyə qaytarılmasını istəyiblər. Onların əsas arqumentləri o olub ki, məruzəçi Robert Walter hesabatı hazırlayarkən Ermənistan və Dağlıq Qarabağa səfər etməyib və sənəd balanslı deyil, bir tərəfin mövqeyini əks etdirir. Müzakirələrdən sonra hesabat səsə qoyulub və qəbul edilməyib.
Əslində, bu hesabatın qəbul olunmamasında əsas məsuliyyəti Azərbyacan hökuməti daşıyır və xeyli əsaslı suallar ortaya çıxır.
Niyə, Azərbaycan hökumətinin dostları məlum hesabatım qəbul olunması üçün canfəşanlıq etməyiblər? Hanı Azərbaycan hökumətinin uğurlu təbliğatı? Necə olur ki, hakimiyyətin korrupsiyası, seçki saxtkarlığı, repressiyası müzakirəyə çıxarılanda AŞPA-nın bəzi deputatları hökuməti müdafiə etməyə başlayır, amma Qarabağ məsələsi gündəmə gələndə bu “dost”lar susmağa üstünlük verirlər?
  • Yazılıb
  • da (də) 2016 Jan 28
  • Göndərən مدير سايت Aran News