Avropa Şurası Parlament Assambleyasının sessiyasında Militsa Markoviçin “Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdlə içməli sudan məhrum edilməsi” adlı məruzəsi qəbul edilib.
AranNews- AŞPA-nın Siyasi məsələlər komitəsinin keçmiş məruzəçisi, britaniyalı parlamentar Robert Valterin hazırladığı “Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər ərazilərində zorakılıq hallarının artması” adlı hesabat qəbul olunmayıb
Avropa Şurası Parlament Assambleyasının sessiyasında Militsa Markoviçin “Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdlə içməli sudan məhrum edilməsi” adlı məruzəsi qəbul edilib.
məruzə üzrə əlavə və dəyişikliklər müzakirə olunaraq səsə qoyulub. Məruzəyə ümumilikdə 21 əlavə və dəyişiklik təklif olunub. Əlavə və dəyişikliklərin çoxu ermənilər tərəfindən təklif edilib. Erməni tərəfi hər cür vasitələrlə məruzənin məzmununu dəyişdirərək, sənədi öz xeyirlərinə yumşaltmağa çalışıblar.
Ancaq onların təklif etdikləri əlavə və dəyişikliklər keçməyib.
Sona yaxın Ermənistan nümayəndə heyətinin üzvü Armen Rustamyan hesabatın yenidən komitəyə qaytarılmasını təklif etsə də, nə komitə, nə də məruzəçi bu təklifi qəbul edib. Erməni tərəf hətta məruzənin hesabatın adını da dəyişməyə cəhd edib, amma bu cəhd də uğursuzluqla nəticələnib.
Sonda məruzə səsə qoyulub, 98 deputat lehinə, 71 deputat əleyhinə olmaqla qəbul edilib.
Müzakirəsində çıxış edən erməni tərəfi və bir çox digər deputatlar sənədin yenidən baxılmaq üçün komitəyə qaytarılmasını istəyiblər. Onların əsas arqumentləri o olub ki, məruzəçi Robert Walter hesabatı hazırlayarkən Ermənistan və Dağlıq Qarabağa səfər etməyib və sənəd balanslı deyil, bir tərəfin mövqeyini əks etdirir. Müzakirələrdən sonra hesabat səsə qoyulub və qəbul edilməyib.
Əslində, bu hesabatın qəbul olunmamasında əsas məsuliyyəti Azərbyacan hökuməti daşıyır və xeyli əsaslı suallar ortaya çıxır.
Niyə, Azərbaycan hökumətinin dostları məlum hesabatım qəbul olunması üçün canfəşanlıq etməyiblər? Hanı Azərbaycan hökumətinin uğurlu təbliğatı? Necə olur ki, hakimiyyətin korrupsiyası, seçki saxtkarlığı, repressiyası müzakirəyə çıxarılanda AŞPA-nın bəzi deputatları hökuməti müdafiə etməyə başlayır, amma Qarabağ məsələsi gündəmə gələndə bu “dost”lar susmağa üstünlük verirlər?