Tarix : 2016 Jan 28
Kod 47718

Rusiyada, Google və Facebook bağlana bilər

Sosial şəbəkələrin, qanuna zidd məzmunları, Rusiyadakı fəaliyyətlərinin dayanmasına səbəb ola bilər.
AranNews- Məlumata görə, bunu Rusiya prezidentinin İnternet üzrə müşaviri, Qerman Klimenko bəyan edib. “Google və Facebook əvvəl-axır Rusiya qanunvericiliyinə riayət etməyə məcbur olacaqlar. Əks təqdirdə, onlar bağlana da bilərlər. Belə olan halda nə baş verəcək? Cavab olduqca bəsitdir – bundan Yandex və digər yerli şirkətlər faydalanacaq”, deyə Q.Klimenko bildirib.
Bununla belə Q.Klimenko qeyd edib ki, müvafiq qanun layihəsinin hazırlanması ilə şəxsən məşğul olmaq niyyətində deyil.


  • Yazılıb
  • da (də) 2016 Jan 28
  • Göndərən مدير سايت Aran News