AranNews- “Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıxov açıqlamasında buna görə yeni qəzet köşklərində yayım işini həyata keçirən “Əks-səda” firmasını günahlandırıb.
B. Sadıxov bildirib ki, “Azərbaycan” qəzeti ilə “Əks-səda” firması arasında əməkdaşlıq 2014-cü ilin yanvarında başlanıb. 2014-cü ilin yanvar ayında bu firmaya 18 gün ərzində hər gün 50 nüsxə olmaqla, 900 nüsxə qəzet verilib, qəzet ayın sonunda satılmadığı bildirilərək 702 nüsxə qaytarılıb. 198 qəzetin satışı ilə bağlı isə “Azərbaycan”a mart ayında 59 manat ödənilib. Qayıdışın çox olması səbəbindən əməkdaşlıq dayandırılıb.
“Azərbaycan” qəzeti ilə “Əks-səda” firması arasında əməkdaşlıq 2014-cü ilin noyabr ayında bərpa edilib. Həmin ay hər gün 150 nüsxə olmaqla 9 gün ərzində firmaya satış üçün 1350 nüsxə qəzet verilib, bu qəzetlərin cəmi 235 nüsxəsi, 2015-ci ilin yanvar ayında 26 gün hər gün 150 nüsxə olmaqla satış üçün verilmiş 3900 nüsxə qəzetin cəmi 488 nüsxəsi satılıb. Sonuncu dəfə isə may ayında firmaya satış üçün 3600 nüsxə qəzet verilib, onlardan cəmi 186 nüsxəsi satılıb, 3414 nüsxə isə geri qaytarılıb. Bundan sonra firma ilə əməkdaşlıq bir daha dayandırılıb.