Tarix : 2016 Jan 28
Kod 47721

Azərbaycan prezidentinin məmurlara təklif etdiyi maşın

İlham Əliyev, Azərbaycan məmurlarına xidməti maşın kimi Naxçıvanda istehsal edilən "NAZ Lifan" markalı maşınlardan istifadə etməyi məsləhət görüb.
AranNews- Dövlət başçısı “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda çıxışında bunun ölkədən xaricə axan valyutanın qarşısını alacağını bildirib. O deyib ki, indi o vəziyyət deyil ki, kimsə özü üçün xüsusi bir avtomobil alsın, özü də dövlət hesabına. "Bizim Naxçıvanda avtomobil zavodumuz var, dövlət qurumları oradan alsınlar. Yaxşı da maşınlardır. Heç xarici maşından o qədər də fərqlənmir".
Naxçıvan Avtomobil Zavodunun (NAZ) direktoru Musa Abdullayev açıqlamasında ölkə başçısının bu addımının onlar üçün "yaşıl işıq" olduğunu bildirib.
Bəs məmurlara adıçəkilən zavodda istehsal edilən hansı modellər təklif edilə bilər?
Bu gün söhbət əsas iki modeldən gedir - "Lifan 820" və "Lifan 720". Dövlət məmurlarının bir çoxunun xidməti maşınının qiyməti 80-200 min avro arasında dəyişir. Öz istehsalımız olan "Lifan"ların qiyməti isə bundan daha aşağıdır. "Lifan 820"nin qiyməti 22 min, "Lifan 720"i isə 14 min manat civarındadır. Birincinin sürət qutusu avtomat, "Lifan 720"də isə mexanikadır. Qeyd edilən modellər şəhər içi 100 kilometrə 8-9 litr yanacaq işlədir.
Musa Abdullayev deyir ki, bu maşınlar rahatlıq baxımından hal-hazırda məmurların istifadə etdiyi modellərdən heç də fərqlənmir.
Dövlət məmurlarının yerli avtomobillərdən istifadəsi dünyanın əksər ölkələrində də müşahidə olunur, hətta, demək olar ki, bu, bəzi ölkələrdə məcburi qaydadır. Məsələn, Rusiyavə Çin çoxdan bu addımı atıb. Ötən ilin oktyabr ayında Çeçenistan rəhbəri Ramzan Kadırovbütün məmurlara yalnız yerli maşınlardan istifadə etmələrini söyləyib. Prezident "Çeçenavto" zavodunda istehsal olunan "Lada-Vesta" markalı maşınların yerli şəxslər tərəfindən alınmasının daha məqsədəuyğun olduğunu bildirib. Hətta ölkə prezidenti də ilk olaraq bu maşından istifadə edib və onun rahatlığının heç də xaricilərdən geri qalmadığını deyib.
Rusiya prezidenti Vladimir Putin hətta məmurlara xarici aviaşirkətlərin xidmətlərindən istifadə etməyə qadağa qoyub. Sərəncama əsasən, məmurlar yalnız Rusiya aviaşirkətlərinin xidmətlərindən yararlana bilər.
Çində də dövlət məmurları milli aviaşirkətlərdən başqa reyslərlə uça bilməz.
Bundan başqa dünyanın bir çox ölkəsinin rəhbər şəxsləri məhz öz ölkələrində istehsal edilən maşınlardan istifadə edir. Məsələn, Fransa prezidenti Fransua Olland xidməti maşın olaraq "Citroen DS5 Hybrid4", Çin dövlət başçısı Şi Cinping Çin istehsalı olan "Hongqi", Yaponiya İmperatoru "Toyota Century Royal" dan istifadə edir.
Uzun sozun qissasi bu ki, məmurlar Naxçıvanda istehsal edilən “NAZ Lifan” avtomobili alsalar, neftin qiyməti artacaq, manat dollara meydan oxuyacaq, qiymətlər düşəcək, maaşlar artacaq, ABŞ və Avropa Birliyi Bakının qabağında diz çöküb borc istəyəcəklər.
Çox ağıllı siyasətdir, göz dəyməsin! Belə davam etsə nə manat qalacaq, nə də iqtisadiyyat.
  • Yazılıb
  • da (də) 2016 Jan 28
  • Göndərən مدير سايت Aran News