Qərbin Suriya əleyhinə sanksiyalarına son qoyulmalıdır. Çünki bu sanksiya Suriya vətəndaşlarına zərbə vurur.
Arannews- Suriya xarici işlər nazirinin müavini Feysəl Miqdad Dəməşqdə Ümumdünya Qida Proqramının nümayəndəsi Yakob Kyrenlə görüşdə deyib: Qərbin Suriya xalqına qarşı sanksiyalarına son qoymaq üçün səy göstərmək zəruridir. Çünki bu sanksiya Suriya vətəndaşlarına zərbə vurur.Feysəl Miqdad həmçinin suriyalı ehtiyaclılara ərzaq yardımlarının çatdırılması üçün Suriyanın Ümumdünya Qida Proqramı ilə əməkdaşlığının gücləndirilməsinin yollarını araşdırıb.
Yakob Kyren də öz etimadnaməsini Suriya xarici işlər nazirinin müavininə təqdim edərək Suriyada Ümumdünya Qida Proqramının işinin sadələşdirilməsi üzrə suriyalı rəsmilərin səylərini alqışlayıb.