Bəhreynin Demokratiya və İnsan Haqlarını Müdafiə Fondu Ali-Xəlifə rejimini tənqid edib.
Arannews- Bəhreynin Demokratiya və İnsan Haqlarını Müdafiə Fondu bu ölkədə insan haqlarının pozulması hallarının davam etməsini qınayıb.
bu fond öz həftəlik hesabatında Bəhreyndə insan haqlarının pozulmasını tənqid edib və bildirib: Ali-Xəlifə rejiminə bağlı qüvvələr cari yanvar ayının 18-dən 24-nə qədər təqribən 31 nəfəri həbs ediblər.
Demokratiya və İnsan Haqlarını Müdafiə Fondu həbs edilənlər arasında 4 azyaşlının olduğunu da bildirib.
Bu fond öz hesabatında həmçinin bildirib: Bəhreynin cinayət və apelyasiya məhkəmələri bu müddət ərzində 13 məhbus barəsində üst-üstə 240 ilə həbs qərarı çıxardıblar.
Həmçinin, shamısı siyasi məhbus olan daha 59 nəfərin mühaskiməsi təxirə salınıb.
Bəhreynin insan haqları mərkəzi bundan öncə dünya ictimaiyyəti və beynəlxalq təşkilatları Bəhreyndə həbsdə olan uşaqların azad edilməsinə çağırmışdı.
Bu məlumata görə, yaşın 18-ə çatmayan 237 uşaq Bəhreyn rejimi tərəfindən həbs edilib.
Bəhreyn 14 fevral 2011-ci il tarixindən Ali-Xəlifə rejiminə qarşı xalq etirazlarının şahididir.