Arannews- Suriya ordusu Hələb şəhərinin şərqindəki Vadia qəsəbəsində nəzarəti bərpa edib.
Suriya ordusu milli müdafiə qüvvələrinin dəstəyi ilə Vadia qəsəbəsini işğaldan azad etmək üçün keçirdiyi əməliyyatda, xeyli sayda terrorçunu silah-sursat və avtomobilləri ilə birgə məhv edib.
Suriya ordusu Hələbin şərq hissəsindəki Acuziyə, Srəyb və Abbudiyə kəndlərini də terrorçuların işğalından azad etməyi bacarıb. Verilən xəbərlərə əsasən, Suriya ordusu Hələbin cənub-şərqindəki Bəluz kəndi və Təşrif təpəsində nəzarəti bərpa etməyi bacarıb. Qarşıdurmalarda xeyli sayda terrorçunun öldürüldüyü vurğulanır.
hərbi mənbələrdən biri Suriya ordusunun milli müdafiə qüvvələri ilə birgə keçirdiyi əməliyyatlarda Lazqiyənin şimal ətrafındakı Mziyrea, Uvaynat və Rüvayset əl Asılıya kəndlərində nəzarəti təmin etdiyini bildirib. Ordu bununla bərabər Cəbəl əl-Malka və 361-ci təpəni də terrorçulardan təmizləməyi bacarıb.
Digər tərəfdən, Suriya Ordusu terrorçuların Lazkiyə ətrafındakı sonuncu qalası sayılan Kənsəbba qəsəbəsinin astanasına yaxınlaşıb. Suriya ordusunun qəsəbənin daxilinə girməsinin hər an baş verə biləcəyi vurğulanıb.