Tarix : 2016 Jan 29
Kod 47730

islam mehribanlıq və sevgi dinidir

İslam alimləri təkfirçi qruplaşmalardan uzaq qalaraq islamı onların düşüncələrindən təmizləməli və dünyaya elan etməlidirlər ki, islam qan tökmək, qırğın və viran etmək dini deyil, islam mehribanlıq və sevgi dinidir.
Arannews- Böyük təqlid mərcələrindən Ayətullah Nasir Məkarim Şirazi deyib: Təkfir etmək islam dünyası və bütün bəşəriyyətin əsas bəlasıdır və təkfirçilər böhranının həlli üçün siyasi və hərbi həll yolu təklikdə cavab vermir.
cümə axşamı günü "Təkfirçi cərəyanların bugünkü dünyadakı təhlükəsi; İslam Dünyası alimlərinin məsuliyyəti" beynəlxalq konfransında çıxış edən bu böyük təqlid mərcəyi əlavə edib: İslam dünyası alimlərti təkfirçilərin kökünü qurutmaq üçün mədəni, ideoloji və media işləri görməlidirlər.
Ayətullah Məkarim Şirazi bildirib: Bu konfrans təkfirçi düşüncələrinin köklərini araşdırmaq və onlara məntiqli faktlarla cavab verməyə çalışır. Belə ki, gənclər təfkirçi qruplaşmaların başçılarına aldanmasınlar.
Bu təqlid mərcəyi deyib: İslam alimləri təkfirçi qruplaşmalardan uzaq qalaraq islamı onların düşüncələrindən təmizləməli və dünyaya elan etməlidirlər ki, islam qan tökmək, qırğın və viran etmək dini deyil, islam mehribanlıq və sevgi dinidir.


  • Yazılıb
  • da (də) 2016 Jan 29
  • Göndərən مدير سايت Aran News