Tarix : 2016 Jan 29
Kod 47731

Sumqayıtda Karvan Ticarət Mərkəzinin qarşısında aksiya

Sumqayıtda yerləşən məşhur Karvan Ticarət Mərkəzinin qarşısında satıcılar toplaşaraq ticarət mərkəzinin sahibinə öz etirazlarını bildiriblər.


AranNews-
Etiraza səbəbi ticarət mərkəzindəki yer pullarının bahalığı olub.
ticarət mərkəzinin qarşısına 100-dən çox insan yığışıb və ticarət mərkəzinin rəhbərliyindən yer pulları ilə bağlı tədbir görməsini istəyirlər. Əraziyə polis qüvvələri cəlb edilib və artıq bir neçə nəfərin polis tərəfindən saxlanıldığı bildirilir.

Xatirlatmaliyiq ki, Manatın devalvasiyasından bir müddət sonra ölkənin bir neçə rayonunda süni qiymət artımına və işsizliyə qarşı əhalinin etiraz aksiyaları keçirildi. Bütün ölkə ictimaiyyətində böyük rezonansa səbəb olan bu aksiyalar hakimiyyətin müdaxiləsi ilə dayandı.
  • Yazılıb
  • da (də) 2016 Jan 29
  • Göndərən مدير سايت Aran News