Tarix : 2016 Jan 29
Kod 47735

“QAT” sədri İran səfirilə görüşüb

“Qarabağ Azadlıq Təşkilatı”-nin sədri Akif Nağı İran İslam Respublikasının Azərbaycandakı səfiri, Möhsün Pakayinlə görüşüb.
AranNews- Məlumata görə, QAT sədri səfirə Azərbaycan, İran, Türkiyə, Gürcüstanın Qeyri-Hökumət Təşkilatlarının iştirakı ilə yaradılması nəzərdə tutulan “İşğala, Terrora və Əsassız İddialara qarşı Beynəlxalq Forum” haqqında, Forumun məqsədi, hazırlıq işlərinin gedişi, Bakıda keçirilmiş ilk iclas, Türkiyədə keçiriləcək ikinci iclasla bağlı məlumat verib.
Akif Nağı xüsusi olaraq vurğulayıb ki, Forumun məqsədi region ölkələrinin xoş münasibətlərinin inkişafına, münaqişələrin həllinə, ölkələrin hər birinin ərazi bütövlüyününə və digər vacib məsələlərə ictimai dəstəyin verilməsindən ibarətdir. Səfir təşəbbüsü müsbət dəyərləndirdiklərini, dəstək verməyə hazır olduqlarını bildirib, Forumun işinə uğurlar arzulayıb.
  • Yazılıb
  • da (də) 2016 Jan 29
  • Göndərən مدير سايت Aran News