İraqın təhlükəsizlik qüvvələri İŞİD terrorçularının əl-Ənbar vilayətinin şimalında, Sərsar məntəqəsinə olan hücumlarını geri oturdaraq, ən azı 60 terrorçunu öldürüblər.
Arannews- İraqın təhlükəsizlik qüvvələri əl-Ənbar vilayətində onlarla terrorçunun öldürülməsindən xəbər veriblər.
Bağdad Əməliyyat Komandanlığı bildirib ki, İraqın təhlükəsizlik qüvvələri İŞİD terrorçularının əl-Ənbar vilayətinin şimalında, Sərsar məntəqəsinə olan hücumlarını geri oturdaraq, ən azı 60 terrorçunu öldürüblər.
Bağdad Əməliyyat Komandanlığının bildirdiyinə görə, təhlükəsizlik qüvvələri həmçinin bomba quraşdırılmış 19 avtomobili də məhv ediblər.
Həmçinin, İraq ordusu qırıcıları Rəmadinin şimalında, əl-Buzyab məntəqəsində terrorçuların sığınacağını bombardman ediblər. Bu əməliyyat zamanı onlarla terrorçu öldürülüb.
İraq ordusunun İŞİD terrorçularına qarşı hava hücumları əl-Ənbar vilayətinin mərkəzi olan Rəmadi şəhərinin ətraf məntəqələrində davam edir.