Amerika və sionist rejimi Ərəbistanın kənarında yer alıblar və Ali-Səud rejiminə Yəmən xalqının qırğın edilməsi və bu ölkənin dağıdılmasında kömək edirlər.
Arannews- Anti-Yəmən müharibəsinin müxalifləri olan siyasi partiya və qruplar ABŞ rəsmilərinin Ərəbistanın Yəmənə qarşı cinayətlərdə paya malik olduqlarını bildiriblər.Yəmənə qarşı müharibə ilə müxalif olan siyasi partiya və qruplar birliyinin sədri Əbdülmalik əl-Həcəri deyib: ABŞ dövlət katibi Con Kerrinin Yəmən böhranı ilə bağlı son sözləri bu cinayətlərdə ABŞ-ın Ərəbistan ilə əlbir olduğunu ifşa etmiş olub.
Con Kerri cari həftənin əvvəllərində Ərəbistanın xarici işlər naziri Adil əl-Cübeyr ilə görüşdə ABŞ-ın Yəmənə hücumlarda Ərəbistanı himayə etdiyini bildirib və deyib: Husilər Yəməndə milli birlik əleyhinə ciddi təhdid sayılır.
Əl-Həcəri sionist rejimin də Yəmənə edilən təcavüzlərdə Ərəbistan ilə əlbir olduğun deyib: Amerika və sionist rejimi Ərəbistanın kənarında yer alıblar və Ali-Səud rejiminə Yəmən xalqının qırğın edilməsi və bu ölkənin dağıdılmasında kömək edirlər.