Tarix : 2016 Jan 30
Kod 47740

Suriya ordusu terrorçuları çətin vəziyyət ilə üzləşdirib

Suriya ordusunun bu ölkənin Türkiyə ilə sərhəd məntəqəsinə qədər irəliləməsi və Laziqiyyə vilayətinin önəmli məntəqələrinə nəzarəti təmin etməsi ilə, Aralıq dənizi sahillərində yerləşən...
Arannews- Suriya ordusu Laziqiyyə vilayətində terrorçuları çətin vəziyyət ilə üzləşdirib.
Suriya ordusunun bu ölkənin Türkiyə ilə sərhəd məntəqəsinə qədər irəliləməsi və Laziqiyyə vilayətinin önəmli məntəqələrinə nəzarəti təmin etməsi ilə, Aralıq dənizi sahillərində yerləşən bu vilayətdə nisbi sakitlik bərqərar edilib.
Suriya ordusu həmçinin, Nüsra cəbhəsi və Əhrarül-Şam terror qruplaşmalarının Laziqiyyədəki önəmli bazalarından olan Rəbiə qəsəbəsini ələ keçirib.
Suriya ordusunun bir komandanı bildirib ki, Rəbiə qəsəbəsi təkfirçilərin ən önəmli bazalarından biri olub. Belə ki, Türkiyədən terrorçulara gələn yardımlar ilk öncə Rəbiə qəsəbəsinə gətirilirmiş və buradan da təkfirçilərin olduğu digər məkanlara göndərilirmiş.
Həmçinin, Həma, İdlib və Hələb vilayətləri arasında keçid nöqtəsi sayılan Cisrül-Şğur şəhərinin terrorçuların işğalından azad edilməsi Suriya ordusunun növbəti hədəfi sayılır. Ordu qüvvələri artıq üç nöqtədən bu şəhərə doğru yaxınlaşmağa başlayıblar.
Suriya ordusu bu hərbi əməliyyata hazırlıq məqsədi ilə tanklar və digər ağır hərbi texnikalarını Hələb cəbhəsinə doğru yönləndirir.
Beləliklə Suriya ordusunun Hələbdə terrorçulara qarşı hərtərəfli əməliyyatlara start verəcəyi gözlənilir.


  • Yazılıb
  • da (də) 2016 Jan 30
  • Göndərən مدير سايت Aran News