Tarix : 2016 Jan 30
Kod 47742

Gənc və təhsildən bixəbər olan nazirdən daha bir rüsvayçı dərslik

Azərbaycanın Təhsil Nazirliyi artıq təhsil siyasətini buraxaraq, şagirdlərə təhqirləri, söyüşlərin ən ağır formalarını öyrətməyə başlayıb.


AranNews-
Yeni tədris ilinin başlaması ilə orta məktəblərdə təkcə rüşvətin yeni formaları tətbiq olunmayıb. Eyni zamanda, dərsliklərdəki eybəcərliklər ortaya çıxmağa başlayıb.

«Azərbaycan tarixi» adlı əyani dərs vəsaitinin Ermənistanın bayrağı fonunda nəşr edilməsi məsələsini boynundan atan nazirlik bu dəfə çap etdirdiyi 8-ci siniflər üçün «Azərbaycan dili» dərsliyi ilə bağlı rüsvayçı fakt qarşısında qalıb.
Yəqin nazir Mikayıl Cabbarov bununla yeni gənclik yetişdirəcəyini düşünür. Ancaq Azərbaycanın gənc və təhsildən bixəbər naziri bu cür idarəetmə ilə yaxınlarda yanılacağının fərqinə varacaq:
8-ci siniflər üçün «Azərbaycan dili» dərsliyindən verilən nümunə aşağıda şəkil formasında verilib.
Onu da7 qeyd edək ki, bu rüsvayçılıqdan əvvəl də 10-cu sinif şagirdləri üçün nəşr edilmiş «Azərbaycan dili» dərsliyində də «binamus», «qancıq», «küçük» kimi sözlərindən ibarət rüsvayçı halların olması da ciddi narazılıq yaratdı. Ancaq nazirlik eyiblərini aradan qaldırmaq əvəzinə, yenə susaraq, qınına çəkildi. Görünür, bunlara uşaqların sağlam ruhda deyil, elə küçə uşağı səviyyəsində yetişmələri lazımdır. Axı, belə təhsil və tərbiyyə sistemində rüşvəti də rahat yığmaq olur.
  • Yazılıb
  • da (də) 2016 Jan 30
  • Göndərən مدير سايت Aran News