Prokurorluq, şəhərlərdə etiraz aksiyaları barədə, məlumatlara görə KİV-ləri cəzalandıracağı ilə hədələyir.
AranNews- Baş Prokurorluq bəyanat verərək bu ilin yanvarında ölkə regionlarında xalq etirazları barədə “yalan” məlumatların yayılmasına görə bəzi saytlara xəbərdarlıq edib.
Əsasən Jam.az, Qaynar-media və Pia.a saytları yalan məlumatlar yaymaqda ittiham olunub.
“Bu KİV-lərdən reallığa uyğun olmayan, qərəzli və böhtan xarakterli məlumatların yayılmasına son qoymaları tələb edilib. Tələbə məhəl qoyulmazsa prokurorluq daha ciddi tədbirlər görmək zorunda qalacaq”, - bəyanatda deyilir.
Prokurorluq bundan öncə daha bir sayta Qaynar.info-ya xəbərdarlıq edib.
Bundan əvvəl olduğu kimi, prokurorluq Mətbuat Şurasının yanvarda KİV-də keçirdiyi monitorinqin gəldiyi nəticələrə əsaslanıb.
Sözügedən KİV-lər həmçinin təxribat xarakterli çağırışlarda, müxtəlif şəhərlərdə etiraz aksiyalarının gözlənilməsi barədə xəbərlər yaymaqda ittiham olunublar.